https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Tanınmış hücumçu bu kluba keçdi

Tanınmış hücumçu bu kluba keçdi

"River Pleyt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

525.az xəbər verir ki, "Tiqres"dən Anhel Korrea transfer edilib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

Bu transfer üçün Meksika klubuna 13 milyon avro təzminat ödənilib. 31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabrına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Tiqres" Anxel Korreanı 2025-ci ilin yayında "Atletiko"dan 8 milyon avroya transfer etmişdi. Argentina millisinin sabiq üzvü komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 14 məhsuldar ötürmə edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.