https://525.az/img/pics/medium/2023-03/260636_egr12z192b.jpeg Azərbaycan Elmlər Akademiyasının Nizamnamələri - İsa Həbibbəyli yazır
https://525.az/img/pics/medium/2024-05/314229_72xq3l7p6m.jpg "Populyarlıq sarıdan mənim qədər şanslı sənətçi olmayıb"
https://525.az/img/pics/medium/2024-05/314230_5oh9dp45id.png Ədə­bi köşk: Nə var, nə  yox?
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg MİSMARLA AĞAC QABIĞINA YAZILANLAR - Rafael Hüseynov yazır
search
20 May 2024

Benzia gələcək karyerası ilə bağlı hansı qərarı verib?

Benzia gələcək karyerası ilə bağlı hansı qərarı verib?

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, bu barədə Əlcəzairin “Fennec Football” portalı məlumat yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu “Lion” və “Nitsa”.

Buna baxmayaraq, “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir.

Qeyd edək ki, Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.