
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərək, Moskva ilə Pekin arasında əlaqələrin gücləndirilməsinin ABŞ üçün təhlükə yaratdığını qeyd edib.
525.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Portalın məlumatına görə, eks-prezident ABŞ-yə qarşı müasir təhdidlərin, o cümlədən inflyasiya və iqtisadi problemlərin adını çəkib.
Keçmiş dövlət başçısı Rusiya və Çinin əməkdaşlığını gücləndirdiyini vurğulayıb. Trampın fikrincə, bu, ABŞ üçün təhlükə yaradır.
Qeyd edək ki, bir müddət əvvəl amerikalı iş adamı İlon Mask da Putinlə Si Cinpin görüşünə reaksiya verərək ABŞ-nin Rusiya və Çini ittifaq yaratmağa sövq etdiyini bildirmişdi.
Havar Şəfiyeva



