
Fransa Hind-Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniyada 4 gündür davam edən zorakılıqlar səbəbilə ordu qüvvələrini Noumea-Magenta hava limanının qarşısına yerləşdirib.
525.az xəbər verir ki, Yeni Kaledoniyada zorakılıqlar davam edərkən, bəzi məhəllələr istisna olmaqla, gecələr adada vəziyyət sakit olub. Belə ki, Müdafiə Nazirliyi Yeni Kaledoniyadakı Noumea-Magenta hava limanı qarşısındakı fəallara qarşı təhlükəsizlik qüvvələrinə dəstək vermək üçün ordunu əraziyə yerləşdirib.
Nazirlik heç bir halda silahlı qüvvələrə qəsdən öldürücü güc tətbiq etməyə icazə verilməyəcəyini bildirib.
Məhəmməd Tağıyev



