ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaib Beynəlxalq Cinayət Məhkəməsini İsrailin Baş naziri Binyamin Netanyahunu beynəlxalq hüququ pozduğuna görə həbs etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Tlaib deyib ki, İsrail əsgərləri Qəzza sakinlərini ağılasığmaz əzablara məruz qoyub, onları yurdlarından qaçmağa və yeməksiz, dərmansız müvəqqəti çadırlarda yaşamağa məcbur edib.
O qeyd edib ki, ABŞ öz hərbi yardımı ilə bu vəhşiliklərə razılıq verib.
Xatırladaq ki, bundan əvvəl BMT İsrailin Rəfah əməliyyatının başlanması zamanı Qəzza zolağının boşaldılması zamanı beynəlxalq hüququn bütün normalarını pozduğunu bildirib.
Havar Şəfiyeva