https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg MİSMARLA AĞAC QABIĞINA YAZILANLAR - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-10/286258_ayo0jwmsqh.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2024-05/314224_e49896m75j.jpg "Hələ də parlaq Zəfərimizə layiq bir irihəcmli səhnə əsəri  yazılmayıb"
https://525.az/img/pics/medium/2024-05/314290_jznbaap8ge.jpeg "Prezidenti görə bilsəm, deyərəm ki..." - 100 yaşlı veteran
search
20 May 2024
19 May 2024

Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq

Xorvatiya millisinin üzvü Avro-2024-ü buraxacaq

Xorvatiya millisinin və "Torino"nun yarımmüdafiəçisi Nikola Vlaşiç üçün mövsüm vaxtından əvvəl başa çatıb.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 26 yaşlı oyunçu A Seriyasında “Bolonya” ilə matçında (0:0) zədələnib. Həkim müayinəsindən sonra məlum olub ki, onun zədəsi ciddidir. Futbolçunun sağalması üçün təxminən 2 ay vaxt lazım olacaq.

Buna görə də Vlaşiç Avro-2024-də Xorvatiya millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Vlaşiç bu mövsüm 33 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.