
Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə nazirliyin “X”dəki hesabında paylaşım olunub.
Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.



