|
|
|
|
"Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqalədə Hallar Nazirliyi yol qəza zamanı hadisə yerinə vaxtında çatılması ilə bağlı birgə tədbirlər planı hazırlayıb".
"Report"un xəbərinə görə, bunu Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2020 dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.
O bildirib ki, hər üç nazirliyin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb: "Artıq belə təlimlərdəm biri Gəncədə keçirilib".