|
|
|
|
Koreya Respublikası və ABŞ orduları logistika imkanlarını təkmilləşdirmək və birliklərin döyüş bacarıqlarını qorumaq üçün birgə logistik təlimə başlayıb.
525.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı (JCS) təxminən 2 min Koreya və ABŞ əsgərinin iştirakı ilə ölkənin müxtəlif bölgələrinə material, personal və avadanlıqların paylanması prosedurları ilə bağlı təlimin başladığını açıqlayıb.
Logistika təliminin 5 gün davam edəcəyini açıqlayan JCS, bu təlimdə döyüş qabiliyyətini qorumaq niyyətində olan hərbi hissələrin real əməliyyat bölgələrində təlim keçəcəyini bildirib.
Qeyd edək ki, Cənubi Koreya ordusu və ABŞ hərbçiləri birgə əməliyyat imkanlarını inkişaf etdirmək üçün iyunun 3-də 5 günlük çay keçidi təlimi keçirmişdi.
Məhəmməd Tağıyev