Dekabrın 24-də Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Muxtar oğlu Aslanovun (Məmməd Aslan) anadan olmasının 80 illiyi münasibətilə "Məmməd Aslan - 80" adlı kitab sərgisi açılıb.
Burada şairin əsərləri, tərtib və tərcümə etdiyi, ön söz yazdığı və haqqında yazılmış kitab, jurnal və qəzet materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.