|
|
|
|
"Magistratura səviyyəsinə qəbulun bir mərhələli şəkildə aparılması sənəd verənlərin sayına hər hansı təsir etməyəcək".
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov bildirib.
O deyib ki, bu ildən magistraturaya qəbulun bir mərhələli şəkildə aparılmasından sonra məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür: "Təhsilin hansısa pilləsinə qəbul sadələşdirilirsə, bu, o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. Əgər ilkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, magistrlər sonrakı pillərdə əziyyət çəkməzlər".
AMEA-nın akademik-katibi deyib ki, təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur: "Gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Onlar təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidirlər".