|
|
|
|
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev bu gün Qırğızıstanda bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, tərəflər TDT-nin Şuşada keçirilməsi gözlənilən qeyri- rəsmi Zirvə görüşünü müzakirə ediblər.
TDT -yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar haqqında Baş katibə məlumat verilib.
Onlar strateji əməkdaşlığın inkişafında maraqlı olduqlarını dilə gətiriblər.