https://525.az/img/pics/medium/2024-05/313407_xnlv3scgix.jpg Yağıntı davam edəcək - SABAHIN HAVASI
https://525.az/img/pics/medium/2024-05/313391_qfmea2h92v.jpg İsveçrə “Avroviziya-2024”ün qalibi olub
https://525.az/img/pics/medium/2024-05/313273_t2uf7q9rvs.jpg Ön sıraya çıxdıq, Ustad!
https://525.az/img/pics/medium/2024-03/305226_0jeodo0ttw.jpg QOŞA HEYKƏL
search
12 May 2024
11 May 2024

Türkiyə-Azərbaycan oyunu təxirə salına bilər

Türkiyə-Azərbaycan oyunu təxirə salına bilər

Mayın 26-da Alanya şəhərində Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilməli olan yoldaşlıq oyunu təxirə salına bilər.

"Report"un AFFA-nın saytına istinadən məlumatına görə, bu barədə qərar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış quruma üzv olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qərara əsasən, UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.