Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.