Türkiyənin Ərciyəs Universitetində koronavirus (COVID-19) infeksiyasına qarşı yerli tərkiblə peyvənd hazırlanıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlanmış peyvəndin insan üzərində sınaq mərhələsinə başlanılıb. İlkin çalışmaların məhsulu olan peyvənd “ERUCOV-VAC” adı ilə qeydə alınıb.
Qeyd edək ki, peyvənd iki dəfə, üç həftəlik ara ilə bir könüllüyə tətbiq edilib. Peyvəndin ilk fazalı tədqiqatının birinci mərhələsinin 5 yanvar 2021-ci ildə tamamlanması planlaşdırılır.
Əgər birinci mərhələ uğurla nəticələnərsə, ikinci mərhələnin tədqiqatlarına yanvar ayında başlayacaq.