|
|
|
|
"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".
525.az xəbər verir ki, jurnalistlərin Xudavəng monastırdan 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında Mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir:
"Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirib və bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymət verilməsinə çalışacağıq".