|
|
|
|
ABŞ-ın İndianapolis şəhərində odlu silahdan açılan atəş nəticəsində azı səkkiz nəfər həlak olub, çox saydan insan isə yaralanıb.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb.
Hadisə barədə siqnal polisə aprelin 15-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə aprelin 16-sı, saat 07:00) daxil olub. Atışmanın baş verdiyi “FedEx” kompaniyasının binası İndianapolis aeroportu yaxınlığında yerləşir.
İnsident nəticəsində xəsarət alanların dəqiq sayı bildirilmir. İlkin məlumata əsasən, atəş açan şəxs intihar edib. Yaralanlar arasında vəziyyəti ağır olanlar var.