“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
“İMZA” İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin 525.az-a verdiyi məlumata görə Birliyin rəhbər heyəti, kollektiv üvləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda Ümummili Liderimizin məzarını ziyarət ediblər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini, vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”-çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül-çiçək dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra İctimai Birliyin sədri Xəyyam Əsgərov və kollektiv üzvləri, o cümlədən də İMZA könüllüləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əlieyavının da məzarını ziyarət edib, onun nurlu xatirəsini yad ediblər.
Daha sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları da ziyarət olunub.