525.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasının tələbəsi və Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizliyə giriş” adlı təlim layihəsinin iştirakçısı olan Hüseyn ötən ay keçirilən milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib: «Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub və bu beynəlxalq yarışda ilk dəfə iştirak edir. Qalib olmuş tələbəmizi təbrik edir və yeni-yeni nailiyyətlər arzu edirəm».