Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin sədri Zorlu Töre Qazi Universiteti, Kastamonu Universiteti, Təhsil İdarəçiləri və Ekspertləri Dərnəyinin (EYUDER) birgə təşkilatçılığı ilə Antalyada keçirilən 15-ci “Beynəlxalq Təhsil İdarəedilməsi Forumu”nda iştirak edib.
Forum çərçivəsində azərbaycanlı araşdırmaçı-jurnalist Şəhla Aslana xüsusi müsahibə verən sədr türk dövlətlərinin təhsil sistemlərində birliyin önəmi haqqında fikirlərini bölüşüb. O, forumda iştirak etməkdən məmnun olduğunu bildirib.
Parlament sədri söhbətinin davamında yeni nəslin formalaşmasında təhsilin mühüm rolu olduğundan bəhs edib, gənclərin milli dəyərlərlə yetişdirilməsinin vacibliyindən danışıb.
Z.Töre türk dövlətlərinin təhsil siyasətlərinin mərkəzində Türk birliyinin mədəniyyətin, milli şüurun, türk birliyinin təhsillə daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Sədr bildirib ki, bunun üçün təhsil idarəçiləri mütəmadi olaraq bir araya gələrək bu sahəyə dair layihələr həyata keçirməlidirlər.
Parlamentin sədri müsahibə zamanı Kipr-Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyətinə də toxunub. O, türk millətinin gələcəyinin etibarlı olduğunu vurğulayıb və Kipr Respublikasına həssas münasibətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Sonda, Z.Töre iyunun 5-6-da Azərbaycana gələcəyini, müxtəlif forumlarda iştirak edəcəyini bildirib.
Şəhla Aslan,
Türkiyə Antalya