Polşada Rusiyanın təxribat aksiyalarında iştirak etdiyi iddia edilən 9 şübhəli saxlanılıb.
525.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk açıqlamasında: "Hazırda 9 nəfər saxlanılıb və Rusiya xidmətlərinin tələbi ilə Polşada diversiya aktlarında bilavasitə iştirak etməkdə ittiham olunur", - deyib.
Tusk saxlanılanların Ukrayna, Belarus və Polşa vətəndaşları olduğuna diqqət çəkərək, bu şəxslərin muzdla alındığını və Polşa, Litva, Latviya və ola bilsin ki, İsveçdə hücum cəhdləri etdiklərini bildirib.
Məhəmməd Tağıyev