|
|
|
|
2022-ci ilin dekabrında Almaniyada dövlət çevrilişi planlaşdırdıqları və terror təşkilatına üzv olduqları iddiası ilə keçirilən əməliyyatda saxlanılan "İmperator Vətəndaşları" təşkilatının rəhbərləri olduğu söylənilən 9 şübhəlinin Frankfurtda məhkəməsi başlayıb.
525.az xəbər verir ki, Frankfurt Ali Regional Məhkəməsində bu gün keçirilən ilk iclasda, aralarında özlərini "Alman İmperiyasının vətəndaşları" (Reyxsbürger) kimi təqdim edən və təşkilatın lideri olduğu iddia edilən Heinrich Reuss da daxil olmaqla 9 müttəhim hakim qarşısına çıxıb.
Belə ki, təşkilatın 10 lideri arasında olan 73 yaşlı Norbert G. bu ilin martında dünyasını dəyişib və ölüm səbəbi ağır xəstəlik kimi göstərilib.
Bu gün başlayan məhkəmə prosesində aralarında Reussun da olduğu 9 nəfər terror təşkilatına üzv olmaq və ona rəhbərlik etmək, dövlət çevrilişinə cəhd etməkdə ittiham olunur.
Məhəmməd Tağıyev