Pakistana təsir edən istilər səbəbindən vətəndaşlara evdən çıxmamaq xəbərdarlığı edilərkən, həddindən artıq istilərin ay boyu davam edəcəyi açıqlanıb.
525.az xəbər verir ki, Pakistan Meteorologiya Departamentinin rəsmisi Zahir Əhməd Babar açıqlamasında havanın temperaturunun mövsüm normalarından 6 dərəcə yüksək olacağını bildirib.
Ölkə daxilində bir çox bölgədə temperaturun 40 dərəcəni keçəcəyini bildirən Babar, həddindən artıq istilərin bu ayda da davam edəcəyini qeyd edib.
İyun ayında havanın temperaturunun 45 dərəcəyə çatma ehtimalının olduğunu bildirən Babar, vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Məhəmməd Tağıyev