https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
19 May 2024
18 May 2024

Dörd yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Dörd yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

525.az xəbər verir ki, çempionatın altıncı günündə - oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar.

Millimizin 4 üzvü mübarizəyə qoşulacaq. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Ülvü Qənizadə (72 kq) Almaniya təmsilçisi İdris İbayev, Sənan Süleymanov (77 kq) qırğızıstanlı Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) isə Estoniya idmançısı Ranet Kaljola ilə qarşılaşacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.