https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
search
26 Aprel 2024

"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Neftçi" klubunun "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev 525.az-a açıqlamasında Peşəkar Futbol Liqasına müvafiq xahişlə müraciət ünvanlayacağını bildirib. Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə belə bir müraciət olarsa, müsbət cavablandırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Elnur Əşrəfoğlu 2009 - 2011-ci illərdə "Neftçi"nin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib. O, oktyabrın 19-da koronavirusdan vəfat edib. Oktyabrın 23-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:15-də başlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.