Polşa hərbçiləri miqrantlara güc tətbiq edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa hərbçiləri Belarusdan Polşaya, oradan da Avropaya keçmək istəyən miqrantları sərhəddən uzaqlaşdırmaq üçün göz yaşardıcı qaz və su topundan istifadə edib. Həftələrdir iki ölkə arasında qalan miqrantlar isə Polşa hərbçilərinə daş və ağır əşyalar atıblar.
Qeyd edək ki, Belarusdan Polşaya keçmək istəyən miqrantların sayı 5 minə yaxındır.
Məhəmməd Tağıyev