Ötən günlərdə xəbər verdiyimiz Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə məktəblər və kolleclər bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 noyabra kimi isə inşaat işləri fəaliyyət göstərməyəcək və 11 kömür əsaslı elektrik stansiyasından 5-i aktiv olacaq.
Qeyd edək ki, Divali festivalından sonra hava çirkliliyi artan paytaxtda insanların ağ ciyərlərini tıxaya biləcək "PM2.5" kiçik parçalar aşkar edilib.
Məhəmməd Tağıyev