|
|
|
|
Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli klubdan ayrıla bilər.
525.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb. Bildirilib ki, əgər Varşava təmsilçisi növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmasa, 24 yaşlı hücumçu yayda komandanı tərk edəcək. Xəbərdə o da qeyd olunub ki, Mahirlə "Slaviya" (Praqa) yaxından maraqlanır. Klubun məşqçi heyəti futbolçumuzun oyununu izləyib və bəyənib.
Qeyd edək ki, Mahirin "Legiya" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Əlavə edək ki, "Legiya" hazırda Polşa çempionatında 12 xalla 16-cıdır.