https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
search
26 Aprel 2024
25 Aprel 2024

Fərid Qayıbov bölgələrdə olub, yaylaq festivalına hazırlıqla maraqlanıb - Foto

Fərid Qayıbov bölgələrdə olub, yaylaq festivalına hazırlıqla maraqlanıb - Foto

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bir sıra şəhər və rayonlarında səfərdə olub.

Nazirlikdən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan F.Qayıbov mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb, həmçinin Gəncə şəhərində tikilməkdə olan İdman Sarayının tikintisi ilə tanış olub.

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

F.Qayıbov Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.