Almaniyada bu yay həddindən artıq istilər səbəbindən əriyən Alp dağlarındakı Cənubi Şniferner buzlaq statusundan çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bavariya Elmlər Akademiyasından verilən açıqlamaya görə, Almaniyanın yalnız 4 əsas buzlağı qalıb. Alman alimləri bu ay Cənubi Şnifernerdə ölçmə araşdırmalarının buzlağın 4 il ərzində yarıya qədər kiçildiyini göstərdiyini söyləyiblər. Tədqiqatda buzlağın əksər hissələrinin qalınlığının 2 metrdən bir qədər çox olduğu və buzlaq statusundan çıxarıldığı qənaətinə gəlinib. Mütəxəssislər kiçilən buz təbəqəsinin 1-2 il ərzində tamamilə əriyəcəyini proqnozlaşdırıblar.
Qeyd edək ki, Avropada bir çox buzlaqlar iqlim dəyişikliyi səbəbindən yaxın illərdə yox olmağa məhkumdur.
Məhəmməd Tağıyev