"Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərindən sui-istifadə hallarının yolverilməzdir".
525.az-ın xəbərinə görə,bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.
O vurğulayıb ki, onu narahat edən yeganə məqam məktəblərdə bundan sui-istifadə hallarına yol verilməsi ilə bağlıdır: " Hesab edirəm ki, buna da monitorinq və intizam şuralarının vasitəsilə nəzarət etmək olar. İctimai Şura da bununla bağlı monitorinqlər təşkil edəcək".
Sevinc Qarayeva