Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets Rusiyanın Ukraynada müharibəyə başladığı fevralın 24-dən bəri 14,5 milyondan çox ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.
525.az xəbər verir ki, Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets, müharibə səbəbindən ölkəni tərk edənlərlə bağlı açıqlama verib. Açıqlamada: "Fevralın 24-dən sonra 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Aİ ölkələrinə gedib. Avropada 7,7 milyon insan isə müvəqqəti mühafizə xidmətlərinin alıcısı kimi qeydiyyatdadır", - deyə bildirilib.
Qeyd edək ki, Lubinets, davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini də vurğulayıb.
Məhəmməd Tağıyev