Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Co Baydenin şəxsi evində axtarış apardıqdan sonra onun dəftərlərini ələ keçirib.
525.az xəbər verir ki, Baydenin bəzi səhifələrdəki qeydləri onun vitse-prezident (Prezident Barak Obama dövründə) kimi rəsmi fəaliyyətinə, o cümlədən diplomatik əlaqələrinin təfərrüatlarına istinad edir.
Tapılan əlyazma qeydlərində məxfi xarakter daşıyan məlumatlara rast gəlinib.
Qeyd edək ki, yanvarın 22-də ABŞ Prezidenti Co Baydenin şəxsi evində onun vitse-prezidentliyinə aid gizli sənədlərin tapılmasından sonra daha 6 yeni məxfi sənəd aşkar edilib.
Havar Şəfiyeva