|
|
|
|
Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.
Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.