Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçilərin adlarını açıqlayıb.
Nazirlikdən 525.az-a verilən məlumata görə, erməni təxribatının qarşısını alarkən aşağda adları qeyd olunan hərbi qulluqçularımız şəhid olub:
Zalov Vidadi Nizami oğlu;
Həsənov Elşad Qabil oğlu;
Tağıyev Səbuhi Gündüz oğlu.