Bakı-Qazax magistral yolunun 78-ci kilometrliyində yol qəzası olub.
525.az-ın məlumatına görə, hadisə yolun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan sakini, 1960-cı il təvəllüdlü İsmayılov Məhəmməd Mürsəl oğlunun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır (APA).