|
|
|
|
“Türkiyənin TB-2 PUA-ları Qarabağdakı müharibədə (Vətən müharibəsi nəzərdə tutulur – red.) mühüm fəaliyyət ortaya qoydu”.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin yerli nəşrlərindən birində Türkiyə PUA-ları ilə bağlı dərc olunan məqalədə yazılıb.
Qeyd olunub ki, TB-2 tankları məhv etməklə yanaşı, həm də havadan müdafiə sistemləri üçün ciddi təhlükə yaratdı.
Məqalədə bildirilib ki, bu gün Türkiyənin PUA-ları dünyanın təxminən 20 ölkəsinə satılır.