|
|
|
|
Bu ilin yanvar-sentyabr aylarında Energetika Nazirliyinə və onun tabeli qurumlarına 5 403 vətəndaş müraciəti daxil olub.
525.az Nazirliyə istinadən xəbər verir ki, bunun 4 676-sı müvafiq qaydada icra edilib, 240-ı icradadır. 487 müraciət isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər).
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərt verilməsi, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qaz təchizatı, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, işlə təminat və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri 153 vətəndaşı qəbul edib və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib.