|
|
|
|
Bakıda Ziya Bünyadov ilə Azadlıq və Atatürk prospektlərinin kəsişməsində iki texniki nasaz avtomobilin yolda qalması digər nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaradıb.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd edilib ki, hazırda bu avtomobillərin yolda qalması səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.