|
|
|
|
Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
525.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.