|
|
|
|
ABŞ-ın San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxıb və alovlanıb, nəticədə azı 9 nəfər xəsarət alıb.
525.az CBSnews-a istindən xəbər verir ki, iki vaqon relsdən çıxaraq alovlanıb. Sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.
Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil.