|
|
|
|
Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.
525.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2107”dəkı 4 sərnişin xəsarət alıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır (APA).