Prezidentliyə namizədlərin müraciəti əsasında qapalı görüş yerlərinin sayı artırılıb.
525.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, ödənişli təbliğat-təşviqat prosesinə qoşulmaq istəyən 44 medai qurumu komissiyaya müraciət edib.
"Əvvəl bu say 34 idi. Bu seçkilərə maraq artıb. Namizədlər üçün digər imkan ödənişsiz əsaslarla efir vaxtının verilməsidir", - R.Qasımov bildirib.
MSK sədri Məzahir Pənahov isə söyləyib ki, namizədlərin qapalı yerlərdə görüş keçirməsinə ehtiyacı olduqda bunun üçün şərait yaradılır.
O bildirib ki, bütün namizədlərin görüş keçirmək hüququ var: “Bütün namizədlərə şərait yaradılması maksimum diqqətdə saxlanılır və bundan sonra diqqətdə saxlanılacaq”.