|
|
|
|
2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1099 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib.
525.az-a Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır.
2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfərdir.