|
|
|
|
İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
525.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib.
Bu istiqamətdə işlər davam etdirilir.