|
|
|
|
Yaponiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ətrafında fikir mübadiləsi aparılıb.
Sevinc Qarayeva