https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg BƏDBƏXT GÜNLƏR İÇİNDƏ XOŞBƏXT GECƏ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/313457_7hi4kdr1rc.jpg Cahid Camalın Qayıdışı
https://525.az/img/pics/medium/2024-05/313455_29mreq3gqk.jpg Azər Zadə: "Vətəndəki çıxışlarımın mənim üçün xüsusi önəmi var"
https://525.az/img/pics/medium/2024-05/313451_jsxcqzw7cb.jpg Hər zaman dəbdə olan mütaliə - İradə Ağayeva yazır
search
13 May 2024

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u məğlub edib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

525.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

Qeyd edək ki, günün ilk matçında "Kəpəz" səfərdə "Qəbələ"yə qalib gəlib - 1:0. Bu gün "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.