29 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə IV kurs tələbələrinin və akademiyanın Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin təşkilatçılığı ilə təcrübədə olduqları Bakı şəhəri 272 nömrəli orta məktəbdə “Azərbaycanın milli idman və hərbi oyunları” mövzusunda tədbir keçirilib.
525.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Səfurə Rəhimova açıb. Səfura xanım təşəbbüsü təqdirəlayiq olaraq qiymətləndirib.
Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadə “Azərbaycanın qədim idman oyunları: dünəni və bugünü” mövzusunda məruzə ilə çıxış edərək, milli idman oyunlarımız olan “Çovkan”, “Dirədöymə, “Zorxana” oyunları barədə ətraflı məlumat verib.
Çıxışın sonunda məktəbin şagirdləri ilə bu barədə diskusiya aparılıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təcrübəçi tələbəsi Kənan Abdullazadə “Hərbi idman oyunları və yeniyetmələrə təbliği” mövzusunda çıxışı ilə tədbiri davam etdirib.
Sonda məktəbin direktoru keçirilən tədbirə görə M.Məmmədzadəyə və diskusiyada fəal iştirak edən şagirdlərə öz təşəkkürünü bildirərək, belə tədbirlərin davamlılığının vacibliyiniı qeyd edib.
Məhəmməd Tağıyev