
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsində keçirdiyi əməliyyatda 12 İsrail əsgərini öldürdüklərini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəssam Briqadaları tərəfindən verilən açıqlamada Qəzza zolağının şimalındakı Cibaliya düşərgəsində həyata keçirilən kompleks əməliyyatda İsrail ordusuna aid D9 hərbi buldozerinin "Yasin-105" raketi ilə hədəfə alındığı bildirilib.
Xilasetmə qüvvələri hadisə yerinə doğru irəliləyərkən "Merkava" tipli bir tankın partlayıcı ilə hədəf alındığı, əməliyyatda ən az 12 İsrail əsgərinin öldürüldüyü qeyd edilib.
Malik Atilay



