"Qurban bayramı günlərində sərnişin sıxlığını nəzərə alaraq, reysə əlavə 200 nəqliyyat vasitəsi çıxarılacaq".
Bunu Lent.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib. O qeyd edib ki, avtovağzal oktyabrın 2-dən gücləndirilmiş iş rejiminə keçəcək: “Bu, oktyabrın 7-nə kimi davam edəcək”.
Növbə rəisi bildirib ki, Beynəlxalq Avtovağzal bayramın son günlərində rayonlardan geri dönən sərnişinləri də nəzərə alıb:
"Oktyabrın 7-dən başlayaraq, rayonlardan Bakıya dönən sərnişinlərin bölgə vağzallarında sıxlığının yaranmaması üçün tədbirlər görüləcək. Belə ki, həmin günlərdə rayonlara əlavə nəqliyyat vasitələri cəlb ediləcək".